"Atletiko" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Madrid nəhəngi "Betis"dən Conni Kardosonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Atletiko" amerikalı futbolçu üçün onun klubuna 24 milyon avro təzminat ödəyib. 23 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Betis" Conni Kardosonu 2024-cü ilin yanvar ayında Braziliyanın "İnternasional" klubundan transfer etmişdi. ABŞ millisinin üzvü ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.