"Mançester Siti" yay transfer dövründə 6 futbolçu ilə yollarını ayıra bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Athletik" məlumat yayıb.
Yay transfer dönəmində Mateo Kovaçiç, Con Stounz, Niko Oreyli, İlkay Gündoğan, Oskar Bobb və Klaudio Eçeverrinin "şəhərlilər"dən ayrılacağı gözlənilir.
Qeyd edək ki, Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son mövsümü 3-cü pillədə başa vurub.