Bu gün Qubada beynəlxalq şahmat festivalı "Guba Open" start götürür. Sport24.az xəbər verir ki, turnir "Chess Tour Azerbaijan" çərçivəsində keçirilir.
A turnirində 42 şahmatçı mübarizə aparacaq. Onların arasında təmsilçimiz və yarışın reytinq favoritlərindən biri olan Məhəmməd Muradlı da var. Həmçinin Qubada Yevgeni Romanov (Şimali Makedoniya), Vitaliy Bernadski (Ukrayna), Mixail Kekelidze (Gürcüstan) və ötən həftəsonu keçirilən "Lankaran Open" turnirinin qalibi Xaqan Əhməd iştirak edəcək.
B turnirində isə 180 şahmatçı yarışacaq.
Qeyd edək ki, 9 turdan ibarət olacaq yarış İsveçrə sistemi üzrə keçiriləcək.