"Valensiya" müdafiəçisi Kristian Moskeranın "Arsenal"a transferi üçün "yaşıl işıq" yandırıb və futbolçunun sənədlərini İngiltərə klubunu göndərib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.

 

Mənbənin məlumatına görə, London klubu 21 yaşlı ispan üçün 15 milyon avro ödəyəcək. Bundan başqa 5 milyon avroya qədər bonuslaar da nəzərdə tutulub. Futbolçu artıq bu gün tibbi müayinədən keçəcək.

 

Qeyd edək ki, Moskera 2024/25 mövsümündə bütün yarışlarda 41 matçda iştirak edib və 1 qol vurub.