"Liverpul"un yarımmüdafiəçisi Körtis Cons Premyer Liqanın üç klubunun - "Nyukasl", "Tottenhem" və "Aston Villa"nın maraq dairəsindədir. 25 yaşlı futbolçunun "Liverpul"dakı gələcəyi qeyri-müəyyəndir, çünki 18 aydan sonra başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı danışıqlar hələ başlamayıb. Sport24.az "TEATMalk"a istinadən xəbər verir ki, "Nyukasl" Consu "Arsenal"a keçəcəyi gözlənilən Sandro Tonalinin potensial əvəzedicisi kimi görür.

 

"Liverpul"un baş məşqçisi Arne Slot bu yaxınlarda verdiyi müsahibədə Consu itirmək istəmədiyini bildirib. O, yarımmüdafiəçinin əhəmiyyətini vurğulayaraq, sıx qrafik və məhdud heyəti nəzərə almaqla onu satmağın qəribə bir addım olacağını qeyd edib.

 

Qeyd edək ki, Cons bu mövsüm 30 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.