"Atletiko"nun hücumçusu Xulian Alvares İngiltərə Premyer Liqasına qayıda bilər. Sport24.az xəbər verir ki, "Çelsi" argentinalı forvardı transfer etmək istəyir.
Bu barədə ESPN televiziyası məlumat yayıb.
London klubu Alvaresi yayda heyətinə qatmağa çalışacaq. "Mavilər" 26 yaşlı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Atletiko" Xulian Alvaresi2024-cü ilin yayında "Mançester Siti"dən transfer edib. Argentina millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.