İngiltərə millisi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda bu gün Qana ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, afrikalı şaman Nana Kvaku Bonsam ingilislərin hücumçusu Harri Keyni lənətlədiyini iddia edib.
O, bu barədə "Daily Star"a açıqlamasında deyib:
"Keyn üzərində çalışıram. Daha əvvəl nələr bacardığımı göstərmişəm. İndi də Keyni dayandırmaq istəyirəm. Nə etməli olduğumu bilirəm. Keynə ciddi zədə arzulamamışam, tək bizimlə matçda dayansın, bəsdir".
Qanalı şaman daha əvvəl 2014-cü ildə dünya çempionatı zamanı Kriştiano Ronalonu lənətlədiyini və onu qısa müddətlik sıradan çıxardığını iddia etmişdi.
İngiltərə – Qana oyunu saat 00:00-da start götürəcək.