"Zirə" heyətinə yeni futbolçu cəlb edib. sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Qəsəbə təmsilçisi Azərbaycan millisinin üzvü Ayxan Hüseynovu "rənglərinə bağlayıb".

 

Yarımmüdafiəçi ilə 2 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl Rusiyanın "Leninqradets", "Nijni Novqorod", "Ural", "Olimp-Dolqoprudnu", "Ximki" və ölkəmizdə "Turan Tovuz" klublarında çıxış edib.