"Lids" "Fulhem"in vingeri Harri Uilsonu transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira paylaşım edib.

 

Mənbənin sözlərinə görə, danışıqlar müsbət yöndə gedir. 29 yaşlı futbolçunun yaxın vaxtda "Lids"ə qoşulacağı gözlənilir. 

 

Qeyd edək ki, Uilson ötən mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.