"Qarabağ"dan "Farense"yə keçən Fabian Buntiç açıqlama verib. Sport24.az xəbər verir ki, qolkiper klubun saytına açıqlamasında keçidi ilə bağlı bunları deyib:
"Portuqaliyada evlənmişəm, burada yaşamağın necə olduğunu bilirəm və bu ölkədə hansı futbolun oynandığını da yaxşı anlayıram, buna görə qərar vermək çətin olmadı.
Azərbaycanda Almaniya və Portuqaliyadan fərqli futbol mədəniyyəti gördüm. Amma Çempionlar Liqası və Avropa Liqası kimi böyük turnirlərdə oynamaq mənə çox şey öyrətdi. Portuqaliyaya daha böyük təcrübə ilə qayıdıram".
"Qarabağ" Buntiçlə müddəti bitən müqaviləni uzatmayıb və azad agent kimi "Farense"yə keçib.