Qanada perspektivli seneqallı qapıçı 18 yaşlı Çeyk Turenin cansız cəsədi tapılıb. Sport24.az Seneqal səfirliyi və hakimiyyət orqanlarının məlumatına istinadən xəbər verir ki, gənc futbolçu cinayətkar şəbəkənin qurbanı olub. Turenin ailəsindən külli miqdarda pul tələb edildiyi iddia edilir.

 

Ture "Esprit Foot Yeumbeul"da oynayıb və iddiaya görə, cinayətkar qrup tərəfindən oğurlanıb. Ona peşəkar futbol klubunda sınaqdan keçəcəyi ilə bağlı yalan vəd verilib.  Daha sonra gənc qapıçı qaçırılıb.

 

Qana səlahiyyətliləri hazırda ölümün dəqiq səbəbi ilə bağlı araşdırmalarını davam etdirir.