"Qalatasaray" "Lion"un hücumçusu Jorj Mikautadzeni heyətinə qatmaq istəyir. Sport24.az xəbər verir ki, Türkiyə klubu gürcü futbolçunun transferi üçün 17 milyon avro təklif edib.

 

Lakin Fransa təmsilçisini bu məbləğ qane etmir.

 

Qeyd edək ki, 24 yaşlı hücumçunun "Lion"la müqaviləsi 2028-ci ilin yayına kimidir.