Klarens Zeedorfun oğlu Denzel Zeedorf "Milan"ın əsas komandasına cəlb olunub. Sport24.az xəbər verir ki, "qırmızı-qaralar"ın sabiq üzvü olan Klarensin oğlu klubun 18 yaşadək futbolçulardan ibarət komandasında çıxış edir.
"Rossonerilər"in baş məşqçisi Paulo Fonseka isə bir neçə gündür ki, Denzeli əsas komandaya dəvət edib. O, komanda ilə birgə məşq etsə də, hələlik oyuna çıxmayıb.
Denzel 2007-ci il mayın 25-də - "Milan"ın Çempionlar Liqasında son çempionluğunu qazanmasından iki gün əvvəl anadan olub. Onun atası Klarens həmin gecə "Liverpol"a qarşı ilk 11-likdə meydana çıxıb.
Qeyd edək ki, ata Zeedorf 2002-2012-ci illərdə "Milan"da çıxış edib. Niderland millisinin sabiq üzvü "Real", "İnter", "Ayaks", "Sampdoriya" və "Botafoqo"da da oynayıb.