"Liverpul"un və İngiltərə millisinin keçmiş hücumçusu Maykl Ouen "Mançester Siti" azarkeşləri haqqında fikirlərini bölüşüb. Sport24.az xəbəf verir ki, veteran futbolçu Premyer Liqanın 18-ci turunda "Everton"la heç-heçədən (1:1) sonra komandalarını fitə basan "şəhərlilər"in azarkeşlərini tərif edib:

 

"Vay! "Mançester Siti" azarkeşləri matçın sonunda komandalarını alqışlayırlar. Dünyanın indiyə qədər gördüyü ən yaxşı futbola şahidlik edən inanılmaz uğur illəri. Komandanın onlara ən çox ehtiyacı olanda bunu edirlər…"