"Qalatasaray"ın uruqvaylı qapıçısı Fernando Muslera cari mövsümün sonu klubdan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Martin Çarkero sosial şəbəkə hesabında paylaşım edib.

 

38 yaşlı qolkiper yayda başa çatacaq müqavilə müddətini uzatmaq istəmir. "Çərçivə qoruyucusu" ölkəsinin "Penarol" klubuna keçməyi düşünür.

 

Qeyd edək ki, Muslera 2011-ci ildən bu yana "Qalatasaray"da çıxış edir.