"Fənərbağça" "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne ilə maraqlanır. Sport24.az xəbər verir ki, belçikalı futbolçunun "şəhərlilər"lə müqaviləsi cari mövsümün sonuna kimidir.
İstanbul klubu transferi qışda reallaşdırmağa çalışsa da, yaya qədər gözləməyə hazırdır.
Şayiələrə görə, De Bruynenin karyerasını davam etdirmək üçün başqa variantları da var.