"Sabah"ın müdafiəçisi Rəhman Daşdəmirov qış fasiləsində düşərgədən ayrıla bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, elitanın bir neçə klubu onun xidmətində maraqlıdı.
"Bayquşlar"ın heyətində yetərincə oyun təcrübəsi qazanmayan müdafiəçi özü də daim oynaya biləcək kluba üz tutmaq istəyir. Ancaq bu məsələdə hələ ki, əsas söz sahibi "Sabah"dı. Futbolçunun klubla müqaviləsinin müddəti 2025-ci ilin iyununadək nəzərdə tutulub.
Qeyd edək ki, 25 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada cəmi 2 oyuna çıxıb.