2025-ci ildə "qızıl top"u qazanmağa əsas namizəd olan futbolçuların yenilənmiş siyahısı təqdim edilib. Sport24.az "goal.com"-a istinadən xəbər verir ki, siyahıda birinci yeri "Liverpul"un və Misir millisinin hücumçusu Məhəmməd Salah tutub.
İkinci sırada "Real"ın braziliyalı forvardı Vinisius Junior qərarlaşıb. İlk "üçlüy"ü isə "Barselona"nın braziliyalı yarımmüdafiəçisi Rafinya Dias tamamlayır.
Qeyd edək ki, bu il "qızıl top"u "Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi Rodri Hernandes qazanıb.
2025-ci ildə "qızıl top" mükafatına namizəd 10 futbolçu:
1. Məhəmməd Salah ("Liverpul")
2. Vinisius Junior ("Real")
3. Rafinya Dias ("Barselona")
4. Camal Musiala ("Bavariya")
5. Robert Levandovski ("Barselona")
6. Lamin Yamal ("Barselona")
7. Kilian Mbappe ("Real")
8. Harri Keyn ("Bavariya")
9. Koul Palmer ("Çelsi")
10. Florian Virts ("Bayer")