İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe Qazaxıstan təmsilçisi "Kayrat"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu buraxa bilər. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Məşqçilər korpusu 26 yaşlı hücumçuya istirahət vermək niyyətindədir.
Qeyd edək ki, "Kayrat" - "Real" matçı bu gün, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.