PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Çempionlar Liqasının 2-ci turunda "Barselona"ya qarşı keçiriləcək oyunda iştirak etməyəcək. Sport24.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

 

24 yaşlı gürcü futbolçu Fransa Liqa 1-in 6-cı turunda PSJ-nin "Oser"ə 2:0 hesabı ilə qalib gəldiyi matçda zədələnib.

 

Qeyd edək ki, PSJ sabah səfərdə "Barselona" ilə qarşılaşacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.