"Arsenal" müdafiəçisi Uilyam Saliba ilə yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

 

24 yaşlı fransalı futbolçunun yeni müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub. Onun "topçular"la hazırkı anlaşması 2027-ci ildə başa çatmalı idi.

 

Qeyd edək ki, Saliba 2019-cu ildən "Arsenal"da çıxış edir. O, komandanın heyətində 140 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun bazar dəyərini 80 milyon avro olaraq qiymətləndirir.