21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Edqar Adilxanov bu gün Almaniyanın Münhen şəhərində əməliyyat olunub. Sport24.az xəbər verir ki, bu barədə yığmamızın mətbuat xidməti məlumat yayıb.
20 yaşlı yarımmüdafiəçi "Viszera Munich" klinikasında professor, doktor Riçard Merkle tərəfindən ikitərəfli qasıq yırtığı səbəbindən uğurlu əməliyyat keçirib.
Bildirilir ki, futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.
Qeyd edək ki, Edqar Adilxanov həmçinin "Şamaxı"nın heyətində çıxış edir.