"Hatayspor"un prezidenti Levent Mıstıkoğlu istefa verib. Sport24.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətuat xidməti məlumat yayıb.
Mıstıkoğlu verdiyi yazılı açıqlamada klubun maraqlarını ön planda tutaraq istefa verdiyini bildirib:
"Vəzifədə olduğum müddətdə "Atakaş Hatayspor"un layiq olduğu yerə çatması üçün idarə heyətimiz, texniki komandamız və oyunçularımızla böyük bir fədakarlıqla çalışdıq. Bununla belə, klubumuzun gələcəyi üçün fərqli bir idarəçiliyə ehtiyac olduğuna inanıram. "Hatayspor"un böyük azarkeşlərinə, klub işçilərinə, futbolçulara və dəyərli texniki heyətimizə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, uğursuz çıxışlara görə bir neçə gün əvvəl baş məşqçi Rıza Çalımbay da istefa vermişdi.