Bu gün Nyu-Yorkda rapid və blits üzrə dünya çempionatı başlayır. Sport24.az xəbər verir ki, turnirdə yüzdən artıq şahmatçı çıxış edəcək. 

 

Kişilərin yarışında 180, qadınların yarışında isə 109 nəfər mübarizə aparacaq. Onların arasında Azərbaycanın 15 nümayəndəsi olacaq. ABŞ-də Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Riad Səmədov, Vüqar Manafov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova çıxış edəcəklər.

 

Dünya çempionatının ilk günündə iştirakçılar rapiddə 6 tur keçirəcəklər. Təqvimə əsasən, rapid yarışı dekabrın 26-28-də olacaq, sonra şahmatçılar istirahət edəcəklər, dekabrın 30-31-də isə iştirakçılar blitsdə qüvvələrini sınayacaqlar.

 

Qeyd edək ki, dünya çempionatının ümumi mükafat fondu 1,5 milyon dollar təşkil edir.