Çempionlar Liqasında 1/8 finala yüksələn "Qalatasaray"ın Türkiyə Super Liqasında bir oyunu təxirə salınıb. Sport24.az xəbər verir ki, "cim-bom"un XXVII turda "Göztepe" ilə səfər matçı əvvəldən nəzərdə tutulduğu kimi 17-19 mart aralığında oynanılmayacaq.

 

Buna səbəb həmin ərəfədə klubun ÇL-də matçının olmasıdır.

 

Görüşün yeni vaxtı açıqlanmayıb.

 

"Qalatasaray" 1/8 finalda ya "Liverpul"la qarşılaşacaq.