Futbol üzrə Rusiya millisi martda iki yoldaşlıq oyunu keçirəcək. Sport24.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

 

Milli martın 27-də Nikaraqua, 31-də isə Mali ilə qarşılaşacaq. Hər iki görüş Rusiyada olacaq.

 

Rusiya yığması Ukraynaya hücumla bağlı UEFA-ya üzv olan ölkələrin komandaları ilə yoxlama oyunları keçirə bilmir. Ruslar eyni zamanda beynəlxalq yarışlardan da kənarlaşdırılıb.