"Səbail" turnir cədvəli baxımından əsas rəqiblərimizdən biridir. Planımız erkən qol vurub, matçı daha rahat səviyyədə keçirmək istəyirdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Baku Sportinq"in baş məşqçisi Röyal Nəcəfov deyib.

Gənc mütəxəssis komandasının Birinci Liqanın 13-ci turunda "Səbail" ilə xal itirdikləri oyun barədə fikirlərini bölüşüb:

"İlk hissədə yetəri qədər qol epizodlarımız oldu. Fərqlənə bilmədiyimiz üçün rəqib də oyuna nəzarət etməyə başladı. İkinci yarının bəzi dəqiqələrində "Səbail" bizdən üstün oynadı. Sonda hər iki komanda bir xala qane oldu. Çempionluq barəsində danışmaq çox tezdir. Bu, bütün komandalara aiddir. Qarşıda 11 tur var və Birinci Liqada gərgin rəqabətə şahidlik edəcəyik. İstənilən komanda bu oyunlarda xal itirə bilər. Turnir cədvəlinin aşağı pillələrində yer alan kollektivlərlə görüşlər daha gərgin keçir, nəinki üst pillədə olanlarla. Hər bir qarşılaşma finala bərabərdir. Mövsümün sonunda hansı komandanın harda olacağını zaman göstərəcək".

Qeyd edək ki, "Səbail" - "Baku Sportinq" qarşılaşmasında hesab açılmayıb.