Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. Sport24.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

 

Pükatma mərasimi bu gün, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

 

Bu raundda Liqa mərhələsini ilk "8-lik"də başa vuran komandalar və pley-offun qalibləri iştirak edəcəklər.

 

Liqa mərhələsinin ilk "8-liy"i: "Strasburq" (Fransa), "Rakuv" (Polşa), AEK (Yunanıstan), "Sparta" (Çexiya), "Rayo Valyekano" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Maynts 05" (Almaniya), AEK (Larnaka, Kipr).

 

Pley-off mərhələsinin qalibləri: "Kristal Pelas" (İngiltərə), "Lex" (Polşa), "Samsunspor" (Türkiyə), "Sele" (Sloveniya), AZ (Alkmar, Niderland), "Fiorentina" (İtaliya), "Riyeka" (Xorvatiya), "Siqma" (Çexiya).

Qeyd edək ki, bu raundun matçları nartın 12-si və 19-da keçiriləcək.