Portuqaliyanın "Felgueiras" klubunun futbolçusu Leonardo Santos Teyşeyra karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
26 yaşlı vinger agentlər vasitəsi ilə "Qarabağ"a təklif edilib. Lakin Azərbaycan çempionunun portuqaliyalı oyunçu ilə bağlı hansı qərarı verəcəyi hələlik məlum deyil.
Teyşeyra 2024-cü ildən II Liqa təmsilçisinin formasını geyinir. O, cari mövsüm çempionatda 17 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Leo ləqəbli vinger 2024/2025 mövsümündə bu komandada 31 qarşılaşmada 5 qol və 3 məhsuldar ötürmənin müəllifi olub.