"Vilyarreal"ın hücumçusu Ayoze Perez "Kamp Nou"da "Barselona" qarşısında sürpriz qələbə qazana biləcəklərinə əmin olduğunu bildirdi. Sport24.az xəbər verir ki, ispaniyalı futbolçu bu barədə "La Tribu"ya danışıb:

"Rəqib güclüdü ama bizdə əlimizdən gələni edəcəyik. Oyun 90 dəqiqə davam edəcək və bizim də istifadə edə biləcəyimiz çoxlu imkanlarımız olacaq. Mübarizə aparacağıq, hörmətimiz var, amma qorxumuz yoxdur".

Qeyd edək ki, La Liqa-nın 26-cı turunda "Barselona" öz meydanında "Vilyarreal"ı qəbul edəcək. Qarşılaşma şənbə günü 17:00-da strat götürəcək.