"Bavariya" "Qalatasaray"ın hücumçusu Viktor Osimhenlə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur öz "feysbuk" səhifəsində paylaşım edib.
Mənbənin sözlərinə görə, Münhen klubu hücum xəttini gücləndirməyi düşünür və nigeriyalını bu mövqeyə əsas namizəd kimi görür.
Avropanın digər nəhəng klublarının da Osimhenlə maraqlandığı bildirilir, ona görə də növbəti "transfer pəncərəsi"ndə oyunçu üçün təkliflər yağışı yağacaq.
Qeyd edək ki, hücumçu bu mövsüm bütün tunirlədə 22 oyunda 15 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt" 27 yaşlı futbolçunu 75 milyon avro dəyərində qiymətləndirir.