"Bavariya"nın hücumçusu Harri Keyn karyerasında 500-cü qolunu vurub. Sport24.az xəbər verir ki, "Verder" üzərində 3-0 hesablı qələbə qazanılan oyunda 32 yaşlı futbolçu iki qolla yadda qalıb.

 

Keyn bu qolların 280-nı "Tottenhem"də vurub. O, "Bavariya"da 126, İngiltərə millisində isə 78 dəfə rəqib qapılarına yol tapıb. Keyn həmçinin "Milluoll"da 9, "Leyton Orient"də 5 və "Lester"də iki dəfə adını tabloya yazdırıb.

 

Qeyd edək ki, ingilis hücumçu bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 41 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.