Misli Premyer Liqasında 20-ci turun ikinci oyun gününə Mərdəkanda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Araz-Naxçıvan" "Sumqayıt"ı qonaq edir.

 

Qış fasiləsində yeni baş məşqçi ilə anlaşan naxçıvanlılar Andrey Demçenkonun rəhbərliyi altında meydana çıxdığı görüşlərdə qələbə üzünə həsrət qalıb. "Böyük tənəffüs"ə qədər avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komanda turdan-tura hədəfindən uzaq düşməyə başlayıb. 

 

Bu komandaların ilk dövrədəki görüşü sumqayıtlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda turnir cədvəlində "Sumqayıt" 30 xalla 5-ci, Naxçıvan klubu isə 27 xalla 7-cidir. 

 

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Sabah", "Şamaxı" - "Turan Tovuz" matçları ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

II dövrə, XX tur

17:00. "Araz-Naxçıvan" - "Sumqayıt"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Mərdəkan. "Liv Bona Dea Arena"