Azərbaycanın və "Qəbələ" idman klubunun döyüşçüsü Tofiq Musayev UFC-nin Las-Veqas turnirində iştirak edəcək. Sport24.az xəbər verir ki, təmsilçimiz ABŞ-da braziliyalı Samuel Sançeslə üz-üzə gələcək.
Döyüş aprelin 4-də baş tutacaq. Qarşılaşma "UFC Apex" arenasında təşkil olunacaq.
Qeyd edək ki, Musayev UFC-də iyunun 21-də Bakıda debüt edib.