Almaniya Bundesliqasında çıxış edən "Bavariya"nın ulduz futbolçusu Harri Keyn əlamətdar göstərici ilə yadda qalıb. Sport24.az xəbər verir ki, "Verder"lə səfər matçının ilk hissəsində dubl edən hücumçu peşəkar karyerasında 500-cü qolunu vurub.
Təcrübəli forvard bu qolların 100-nü penaltidən vurub. O, Bremen təmsilçisi ilə görüşdə də qollardan birini oyun epizodundan, digərini isə 11 metrlik cərimə zərbəsindən rəqib qapısından keçirib.
Xatırladaq ki, Keynin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.