Azərbaycanın gənc oğlanlardan ibarət cüdo millisi Şamaxıda təlim-məşq toplanışına başlayıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Hazırlıq prosesinə yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı gənc cüdoçuların qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.