Bu gün Misli Premyer Liqasında 20-ci tur start götürüb. Sport24.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.

 

Əvvəlcə son çempion "Qarabağ" "İmişli"nin qonağıdır. Gərgin keçən görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.