"Brayton"un qapıçısı Bart Verbrüggen Premyer Liqada klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Çelsi" niderlandlı qolkiperi transfer etmək istəyir.
Bu barədə "TEAMtalk" məlumat yayıb.
London klubu Verbrüggeni yayda heyətinə qatmağa çalışacaq. "Çelsi" 23 yaşlı "əlcək sahibi" üçün 50 milyon funt-sterlinqlik təklif göndərəcək.
Qeyd edək ki, "Brayton" Bart Verbrüggeni2023-cü ilin yayında "Anderlext"dən 20 milyon avroya transfer edib. Niderland millisinin üzvü bu mövsüm "qağayılar"ın heyətində 26 rəsmi matçda meydana çıxıb.