Futbol üzrə Albaniya çempionatında 24-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Vora"nın qonağı olub.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Zamiq də bu matçın iştirakçısı olub. 24 yaşlı mərkəz müdafiəçisi görüşə start heyətində başlayıb və 90-cı dəqiqədə əvəzlənib. Əliyev 80-ci dəqiqədə sarı vərəqə ələ cəzalandırılıb.
24 turdan sonra 43 xal toplayan "Eqnatiya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.