Türkiyə Super Liqasında XXII turun oyunları davam edir. Sport24.az xəbər verir ki, "Trabzonspor" öz meydanında "Fənərbaxça" ilə qarşılaşıb.

 

Matç ev sahibi komandanın üstünlüyü ilə başlayıb. Qara dəniz təmsilçisinin heyətində 6-cı dəqiqədə Ernest Muçi hesabı açıb. Bu qoldan az sonra "sarı-lacivərdlilər" Anderson Taliska ilə hesabı bərabərləşdirib.

 

34-cü dəqiqədə Kerem Aktürkoğlu "Fənərbaxça"nı önə keçirib. Komandalar fasiləyə Paul Onuaçunun 43-cü dəqiqədə vurduğu qolla 2:2 hesabı ilə yollanıblar.

 

İkinci hissədə hücumlarını artıran Domeniko Tedeskonun rəhbərliyi altındakı kollektiv Marko Asensionun qolu ilə oyunda son nöqtəni qoyub.

 

Görüş "Fənərbaxça"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Türkiyə Super Liqası

XXII tur

15:30. "Gənclərbirliyi" - "Rizəspor" - 2:2

18:00. "Alanyaspor" - "Konyaspor" - 2:1

21:00. "Trabzonspor" - "Fənərbaxça" - 2:3