"Mançester Siti" "Brentford"un hücumçusu İqor Tiaqonu transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "TeamTalk" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 24 yaşlı braziliyalı futbolçunun bu ay "Brentford"la müqaviləsini 2031-ci ilə qədər uzatması da "şəhərlilər"i fikrindən daşındırmayıb.
Qeyd edək ki, Tiaqo 2024-cü ilin yayından "arılar"ın formasını geyinir. Hücumçu cari mövsümdə meydana çıxdığı 27 matçda 18 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun transfer dəyərini 35 milyon avro olaraq qiymətləndirir.