Corcina Rodriges sosial mediada xəyalındakı evin videosunu paylaşdıqdan sonra yenidən müzakirə mövzusuna çevrilib. Sport24.az xəbər verir ki, Kriştiano Ronaldonun sevgilisi sosial şəbəkə hesabında yeni mülkünü paylaşıb və arzusuna çatdığını qeyd edib:
"Bir vaxtlar xəyal idi. Bu gün ev, bir vizyon və bir reallıq"
Qeyd edək ki, video Sevgililər Günündə paylaşıldığı üçün bəzi izləyicilər bunun Ronaldonun hədiyyəsi olduğunu düşünsələr də, nə Corcina, nə də futbolçunun özü bunu şərh etməyib.