"Qalatasaray"ın futbolçusu Kerem Demirbay İstanbulda klubunu dəyişib. Sport24.az xəbər verir ki, "Eyüpspor" Almaniya millisinin üzvünü transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Eyüpspor" 31 yaşlı yarımmüdafiəçi üçün onun klubuna təzminat ödəməyib. Təcrübəli oyunçu yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

 

Qeyd edək ki, Kerem Demirbay ötən mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.