İtaliyanın "Kremoneze" klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, A Seriyasına yüksələn kollektivi Davide Nikola çalışdıracaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

İtaliyalı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Davide Nikolanın son iş yeri "Kalyari" olub. 52 yaşlı məşqçi ötən ay vəzifəsindən ayrılıb.