"Qalatasaray" futbolçusu Mario Lemina ilə müqaviləni uzatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu yarımmüdafiəçi ilə 1+1 illik anlaşma imzalayacaq.
Leminanın məvacibi illik 3 milyon avro olacaq.
32 yaşlı futbolçu bu mövsüm 41 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.