AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda II Liqanın XXVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

10 may 2026-cı il tarixində II Liqada XXVI turun "Araz Saatlı" – "Ağstafa Gəncləri" oyununda "Ağstafa Gəncləri" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Ağstafa Gəncləri" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

 

10 may 2026-cı il tarixində II Liqada XXVI turun "Araz Saatlı" – "Ağstafa Gəncləri" oyununun 54-cü dəqiqəsində "Ağstafa Gəncləri" komandasının 13 nömrəli futbolçusu Ramin Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Ağstafa Gəncləri" komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

 

10 may 2026-cı il tarixində II Liqada XXVI turun "Araz Saatlı" – "Ağstafa Gəncləri" oyununun 90-cı dəqiqəsində "Ağstafa Gəncləri" komandasının 8 nömrəli futbolçusu Elgün Namazov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, "Ağstafa Gəncləri" komandası 800 manat cərimə edilsin (maddə 52.3);

 

10 may 2026-cı il tarixində II Liqada XXVI turun "Araz Saatlı" – "Ağstafa Gəncləri" oyunu bitdikdən sonra "Ağstafa Gəncləri" komandasının 6 nömrəli futbolçusu Turan Məmmədov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, "Ağstafa Gəncləri" komandası 800 manat cərimə edilsin (maddə 52.3);

 

10 may 2026-cı il tarixində II Liqada XXVI turun "Sheki City" – "Göygöl" oyunu təhlükəsizlik nümayəndəsinin gec gəlməsi səbəbindən gec başladığı üçün "Sheki City" komandası 200 manat cərimə edilsin (maddə 57.2);

 

10 may 2026-cı il tarixində II Liqada XXVI turun "Ağdaş" – "Kür-Araz" oyununda "Ağdaş" komandasında 4 nəfər sarı vərəqə aldığı üçün "Ağdaş" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

 

10 may 2026-cı il tarixində II Liqada XXVI turun "Ağdaş" – "Kür-Araz" oyununda "Kür-Araz" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Kür-Araz" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

 

11 may 2026-cı il tarixində II Liqada XXVI turun "Qaradağ Lökbatan" – "Quba" oyununda "Qaradağ Lökbatan" komandası oyun günü planına riayət etmədiyinə görə "Qaradağ Lökbatan" komandası 200 manat cərimə edilsin (maddə 61.1);

 

12 may 2026-cı il tarixində II Liqada XXVI turun "Dinamo" – "Şəmkir" oyununda "Şəmkir" komandasında 4 nəfər sarı vərəqə aldığı üçün "Şəmkir" komandası 70 manat cərimə edilsin (maddə 43.1);