"Zirə" klubu 700 manat cərimələnib. Sport24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

 

"Qartallar" Azərbaycan Kubokunun "Sabah"la final matçında beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat məbləğində cərimə olunub.

 

Görüş "Sabah"ın qələbəsiylə başa çatıb – 2:1.