"Roma" "Aston Villa"nın hücumçusu Donyell Maleni transfer etmək bəndini aktivləşdirib. Sport24.az xəbər verir ki, paytaxt klubu 27 yaşlı niderlandlı üçün 25 milyon avro ödəyəcək.
"Roma" Avropa yarışlarına vəsiqə qazandığı üçün bənd avtomatik olaraq aktivləşdirilib. Malen yanvar ayında "canavarlar"a icarəyə verilmişdi.
O, A Seriyasında 16 oyunda 13 qol vurub və iki məhsuldar ötürmə edib. "Roma" 36 oyundan sonra A Seriyasında beşinci yerdədir.
Niderland millisinin üzvü əvvəllər "Borussiya"(Dortmund), PSV klublarında oynayıb. Transfermarkt portalında verilən məlumata görə, oyunçunun bazar dəyəri 35 milyon avrodur.