"Mançester Yunayted" rəhbərliyi müvəqqəti komandaya rəhbərlik edən Maykl Karrik ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar" mütəxəssislə yeni müqavilə imzalayacaq.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Klub rəhbərliyi Karrikə güvənir və onunla yola davam etməyi qərara alıb.
"Mançester Yunayted" Premyer Liqada üçüncü sıradadır. Komanda yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq.