"Bavariya" qapıçısı Manuel Noyerlə müqaviləni uzatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "Sky Germany" portalı məlumat yayıb.

 

Noyer məvacibinin azaldılmasına razı olub və klubla anlaşmasını 2027-ci ilin yayına kimi artıracaq.

 

Yeni müqavilə növbəti həftə açıqlanacaq.

 

40 yaşlı qolkiper 2011-ci ildən "Bavariya"da çıxış edir.